12 C
Bakı
28 Mart 2026 05:21
İdman

Məşqçi: Bizi “Qarabağ” çox çətin qarşılaşma gözləyir

 

Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Xavi Munyos deyib.

 

O, Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib:

 

“Qarabağ”ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları “Bayer 04” 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. “Qarabağ” ötən mövsümkü heyəti saxlaya bilib”.

 

“Qarabağ” – “Linkoln” görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna məşhur xokkeyçini axtarışa verdi

redaktor

“Qarabağ”ın daha bir futbolçusuna Braziliyadan təklif var

admin

Salyanda “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri keçirildi — FOTOLAR

redaktor