12 C
Bakı
25 Mart 2026 15:46
DünyaKriminalTəhsil

68 ölkədən 4 min məzuna diplom verən universitet saxta imiş – FOTO

68 ölkədən 4 min məzuna diplom verən Yeni Bazar Universitetinin saxta olduğu üzə çıxıb.

 

Tacxeber.com  “gloob”a istinadla xəbər verir ki, diplomlarının saxta olduğunu öyrənən məzunlar məhkəməyə müraciət edib.

 

Universitetin rektoru Ali İlsevenin isə professor yox, orta məktəb məzunu olduğu iddia edilib.

49 yaşlı İlsevənin həqiqi universitetlərin saytını kopyalayaraq “edu.tr” domenli sayt qurduğu, qeydiyyatdan keçənlərə isə saxta diplomlar verdiyi üzə çıxıb.

 

Rektorun isə özünün televiziya proqramlarında “dünya motivasiya çempionu” kimi təqdim etdiyi bəlli olub.

Məlum olub ki, A.İlsevənin universitetləri gəzərək uğur və karyera planlaşdırması mövzusunda çıxışlar edib.

 

Türkiyədə Ali təhsil Şurası Yeni Bazar Universiteti adı altında fəaliyyət göstərdiyi iddia edilən saxta universitet haqqında bir il əvvəl şikayət etdiyini açıqlayıb.

Saxta universitetdə qediyyatdan keçən tələbələrin bəzilərinin 2-4 min avro ödəniş etdiyi də məlumatlar arasındadır.

Tacxeber.com

Oxşar xəbərlər

Şuşa və Ərzurum arasında protokol imzalandı

redaktor

Rusiyalı həkimdən xəbərdarlıq: Televizor uşaqların inkişafına mane olur

redaktor

Trampın Ukraynadakı müharibəni necə tez bitirmək barədə heç bir fikri yoxdur – WP

redaktor