23 C
Bakı
24 İyun 2025 12:28
Dünya

10-a yaxın Çin şirkəti Qarabağda iş qurmaq istəyir

İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.

Tacxeber.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransında deyib.

O bildirib ki, bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir:
“Ona görə də, biz çinli sahibkarları bu sahədə aktiv olmağa dəvət edirik”.

“Agentliyimiz bütün zəruri mərhələlərdə, o cümlədən müvafiq orqanlarla koordinasiya və uyğun yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstək göstərməyə hazırdır”, – deyə O. Məmmədov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya orusunu bu istiqamətlərə toplayır

admin

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

redaktor

Rusiya ordusu ilə “Vaqner” qüvvələri arasında döyüşlər başladı – FOTO/VİDEO

redaktor