11 C
Bakı
29 Mart 2026 12:48
Dünyaİdman

“Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur” – Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Portuqaliyaya uduzduqları oyun (0:3) haqqında danışıb.

 

Mütəxəssis komandasının yaxşı mübarizə apardığını söyləyib:

“Ümumilikdə pis bir matç keçirdiyimizi düşünmürəm. İlk 20 dəqiqə ərzində biz daha yaxşı çıxış edirdik. Belə oyunlarda ilk dəqiqələrdə qol vura bilməsəniz, sonra daha çətin vəziyyətə düşürsünüz. İlk qoldan sonra əhval-ruhiyyəmiz düşdü. Toparlanmağa çalışırdıq ki, ikinci qolu buraxdıq. Sona qədər mübarizə apardıq”.

 

O, qapıda Altay Bayındıra şans verməsinə də toxunub: “3 qapıçımızın hər biri çox yaxşıdır. Altay İtaliya, Uels və Almaniya ilə oyunlarda çox yaxşı çıxış etmişdi. Biz bu gün səhər zədə ilə üzləşdik. Ona görə də belə qərar verdik. Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur. Bunun fərqindəyəm. Qərar verərkən bildiklərimi icra edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Helikopter qəzasında ölən İran prezidentinin həyat yoldaşı işdən ÇIXARILDI

redaktor

“İngilislərin proqnozları düz çıxdı” Cəmil Həsənli

admin

Azərbaycanəsilli iş adamına məxsus futbol klubu fəaliyyətini dayandırdı

admin