13 C
Bakı
28 Mart 2026 00:22
Cəmiyyətİqtisadiyyat

Azərbaycanda mal ətinin topdansatış qiyməti 5 manatdır – Rəsmi

Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən 5 milyon 879 min 200 kiloqram, fərdi sahibkarlar tərəfindən isə 707 min 600 kiloqram mal-qara əti satılıb.

 

Kənd təsərrüfatı müəssisələri tərəfindən satılan ətin 1 kiloqramının maya dəyəri 4,3 manat, fərdi sahibkarlar tərəfindən istehsal olunan ətin 1 kiloqramının maya dəyəri isə 6,4 manat olub.

 

Qeyd edək ki, kənd təsərrüfatı müəssisələri mal-qara ətinin 1 kiloqramını 5,1 manata, fərdi sahibkarlar isə mal-qara ətinin 1 kiloqramını 7,7 manata satıblar.

 

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda sümüklü mal ətinin pərakəndə satış qiyməti orta hesabla 14 manat, sümüksüz mal ətinin (tikə) pərakəndə satış qiyməti isə 16 manat olub.

 

Açıqlanan rəqəmlərdən də göründyü kimi, mal ətinin topdansatış qiyməti ilə pərakəndə satış qiyməti arasında 3 dəfəyə yaxın fərq var.

Tacxeber.com

Oxşar xəbərlər

Çingiz Abdullayev Elza Seyidcahanın müdafiəsinə qalxdı: “Siz vicdansız adamsınız”

redaktor

Avropa Məhkəməsi Əli İnsanovun şikayəti ilə bağlı qərarını verib.

admin

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı SAXLANILDI – VİDEO

redaktor