CəmiyyətQalmaqalŞikayət

Nazir sabiq mühafizəçisinə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis müavini təyin edilib.

 

Tacxeber.com “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elsəvər Quliyev xidmətin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

 

Uzun müddət Kəmaləddin Heydərovun mühafizəsinin təşkilində çalışan Elsəvər Quliyev bundan əvvəl Xüsusi Riskli Xilasetmə Xidmətində rəis müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Tədqiqat kolbasa istehlakı ilə ölüm riskinin artması arasında əlaqəni təsdiqləyir

admin

Bakının qurtulusu yoxsa 28 aprel ?

admin

Ceyhun Mirzəyevin yeganə övladı ACINACAQLI VƏZİYYƏTDƏDİR – VİDEO

redaktor