24 C
Bakı
21 Oktyabr 2026 17:30
Dünya

Rusiya Ukrayna bataqlığında: 24 saatda 1160 canlı itki

 

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1160 hərbçisini itirib.

 

Tacxeber.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 506 260 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 22 zirehli döyüş maşını, 35 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski müharibənin dayandırmağa hazırdı – Bir şərtlə!

redaktor

Türkiyə–Azərbaycan gərginliyinin pərdəarxası

redaktor

Putinin təcriddən çıxış cəhdi: Tramp və Si ilə görüş nə vəd edir?

redaktor