29 C
Bakı
11 Avqust 2025 13:23
Maraqlı

“WhatsApp”ın dizaynı dəyişdi

“WhatsApp” komandası rəsmi olaraq messencerin əsaslı şəkildə yenidən dizayn olunduğunu elan edib.

 

“Qafqazinfo” xəbər verir ki, tətbiq yalnız “Android” və “iPhone”da dəyişdirilib.

 

Messencerin PC versiyası dəyişməz olaraq qalır.

 

Tətbiqin  “iOS” və “Android” versiyaları indi eyni görünür. Əsas ekranın yuxarısındakı axtarış işarəsi əvəzinə süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub. Bu başlıq istifadəçilərə söhbətlərdə mesaj və faylları axtarmağa imkan verir.

 

Bundan başqa, dizayna yeni animasiyalar əlavə olunub və “Parametrlər” bölməsindəki nişanlar dəyişib. Proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. “Android”də isə yeni naviqasiya paneli var.  Həmçinin “iOS”da foto, video və sənədlərin göndərilməsi interfeysi dəyişib.

 

“WhatsApp”ın yeni dizaynını qiymətləndirmək üçün proqramı ən son versiyaya yeniləmək kifayətdir. Əgər yenilənmə yoxdursa, bir az gözləməli olacaqsınız. Çünki yeniləmə tədricən tətbiq edilir.

 

Bildirilib ki, həmçinin tezliklə “WhatsApp” vasitəsilə internet olmadan da faylları bir-birinə göndərmək mümkün olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Güzgü tarixi 01.01: nə etməməli və necə düzgün niyyət etmək olar

redaktor

Müştərisi ona çayevoy kimi verdiyi lotereya bileti 10 milyon dollarlıq cekpotu uddu.

admin

Vanqanın 2025-ci ilə dair ən dəhşətli proqnozlarından biri gerçəkləşə bilər

redaktor