16 C
Bakı
27 Sentyabr 2025 20:45
Dünya

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi – VİDEO

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib.

 

Bu barədə o, “Dövlət haqqında söhbətlər” adlı videoçarxında danışıb.

 

Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsini müəyyən etməsidir, ancaq bunun üçün ərazi konkretləşməlidir. Bu olmasa, suverenlik, hüquq, hətta dövlətçilik eroziyaya məruz qalır və lazımsız hala gəlir.

 

Paşinyan fikrini daha aydın nümayiş etdirmək üçün su ilə doldurulmuş qabdan istifadə edib. O, xalqa müraciət edərək qabın içindəkini hüquq və vəzifələr kimi təsəvvür etmələrini istəyib. Baş nazir suyu boş stəkana töküb və bildirib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidirlər.

 

Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi formanı nümayiş etdirib. Bunun üçün baş nazir qabdakı suyu stolun üstünə töküb. Kadrlarda masadakı suyun yayılaraq Paşinyanın üstünə töküldüyü görünür.

 

“Beləliklə, konkretləşmə olmasa, hüquq və vəzifələr davamlı olmur, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işlərin məqsədi məhz budur”, – deyə Paşinyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Çin avtomobilləri almaq istəyənlərin nəzərinə – Satış müddəti uzun çəkir və təklif olunan qiymət çox aşağı olur

redaktor

Süleyman Soylu FHN-nin tibb personalına təşəkkür etdi – VİDEO

redaktor

Özbəkistan vətəndaşı Rusiya uğrunda döyüşüb və buna görə öz ölkəsində həbs cəzası alıb

redaktor