24 C
Bakı
22 İyun 2025 14:41
Şou

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

“Cavanşirsiz səhnəni tərk edirəm”.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

 

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.

 

“Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! – deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. – Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər… Əlvida, səhnə!”

 

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Cavanşir Məmmədov: Paltarını, corabını iyləyirəm

redaktor

“Seriallardakı aktyorlara yazığım gəlir” – Xalq artisti

redaktor

Xoşqədəm Hidayətqızı: “Qolunu, ayağını, əlini göstərmir ki…”

redaktor