Sağlamlıq

Çiyələk yumağın düzgün qaydası – Bunu etməsəniz…

Çiyələk yaz aylarının ən sevilən meyvələrindən biridir. Hər meyvə kimi çiyələyi də yeməzdən öncə təmiz yumaq böyük həmiyyət kəsb edir.

 

Medicina.az xəbər verir ki, müətəxəssislər çiyələyi digər meyvələr kimi suyun altında bir neçə saniyə yumağın kifayət etmədiyini bildirirlər.

Çiyələk fərqli qaydada təmizlənməlidir. Çünki çiyələkdə meyvə milçəklərinin sürfələri gizlənə bilir. Həmçinin bəzi hörümçək növləri də çiyələyə yapışır və adi qaydada yuduqda getmir. Çiyələkdə pestisid qalıqları da digər meyvələrdən çox olur. Qabığı olmadığı üçün çiyələk bu cür maddələri daha çox ehtiva edir.

 

Odur ki, bu meyvəni əvvəlcə duzlu suda ən azı 30 dəqiqə saxlamaq, sonra isə durulamaq lazımdır. Duz əvəzinə sirkədən istifadə etmək də olar. Ancaq sirkə meyvənin dadını dəyişməsin deyə 15 dəqiqə kifayətdir.

Tacxeber.com

Oxşar xəbərlər

Ürək xəstəliklərini cavanlaşdıran SƏBƏBLƏR

redaktor

Yuxusuzluğa və əsəbə qarşı – Bir bitkini sınayın

redaktor

Marketlərdə orqanizmi məhv edən 20 ƏN ZƏRƏRLİ QİDA

admin