19 C
Bakı
10 Oktyabr 2026 21:34
Dünya

“ABŞ-nin yardımı Ukraynanı viran qoyacaq” – Peskov

facebook sharing button

Kreml ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiya verərək bunun Ukraynanı daha da pis vəziyyətə salacağını bildirib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a söyləyib.

 

“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.

 

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Tacxeber.com

Oxşar xəbərlər

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor