DünyaGündəmSiyasət

Rusiya paytaxtında gizli görüş: MİT şefi Moskvaya niyə gedib? – Şok iddia

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla Moskvada suriyalı həmkarı Əli Məmlük arasında görüş keçirildiyi iddia edilib.

Tacxeber.az  Teleqraf.com-a istinadən xəbər verir ki, görüşün Rusiya müdafiə naziri Sergey Şoyqunun vasitəçiliyi ilə keçirildiyi bildirilir.

İddiaya görə, görüşdə tərəflər qarşılıqlı olaraq tələblərini biri-birilərinə çatdırıblar.

Bəşər Əsəd rejiminin əsas tələbi Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı mövcudluğuna son qoymasıdır. Eyni zamanda Türkiyədən silahlı müxalifətə dəstəyin dayandırılması, Bab əl-Həva sərhəd qapısına nəzarətin onlara verilməsi tələb edilir.

Tələblər arasında beynəlxalq aləmdə sanksiyalardan yan keçmək üçün dəstək istəyi də var.

Türkiyənin Bəşər Əsəd rejimindən ən böyük tələbi isə PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı ciddi mövqe sərgiləməsi ilə bağlıdır. Təhlükəsiz zonanın yaradılması, Türkiyənin dəstəklədiyi müxalifətlə danışıqların aparılması və suriyalı qaçqınların geri qaytarılmasının Ankaranın digər tələbləri arasında olduğu deyilir.

Tacxeber.az

Oxşar xəbərlər

Zelenski Putinə çağırış etdi: “Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun”

redaktor

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi

redaktor

Tanınmış aparıcıdan İrana: “Ya vur, ya da sus”

admin