22 C
Bakı
09 Oktyabr 2026 23:22
Dünya

“Kəndlər təslim olunsa, Azərbaycan daha əlverişli mövqedə olacaq” – Tatoyan

“Kəndləri təslim etməklə, biz Azərbaycan silahlı qüvvələrini kəndlərimizə yaxınlaşdırırıq, sakinlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaq imkanlarını təhlükə altına qoyuruq, onların həyat və sağlamlığını təhlükəyə atırıq”.

 

Tacxeber.comxəbər verir ki, bunu Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan deyib.

 

O, Tavuşun Ermənistan üçün strateji əhəmiyyətinə toxunaraq bildirib ki, 4 yaşayış məntəqəsi təslim olarsa, təkcə ayrı-ayrı sakinlər üçün deyil, həm də strateji baxımdan təhlükəsizlik problemləri olacaq.

 

“Strateji obyektlər ya Azərbaycanın nəzarətinə keçəcək, ya da hədəfə alınacaq. Söhbət ilk növbədə Gürcüstanı Ermənistanla birləşdirən dövlətlərarası yoldan gedir ki, bu marşrutun müəyyən hissələri sadəcə olaraq yararsız hala düşəcək. Əlbəttə ki, istifadə edilə bilən sahələr var, lakin onlar böyük nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb”, – deyə Tatoyan bildirib.

 

Onun sözlərinə görə, kəndlər təslim olunarsa, Azərbaycan Ermənistana münasibətdə daha əlverişli mövqedə olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor