
İran İsraili necə vuracaq? Bu sual gündəmi məşğul edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Qasım Süleymani İraqda öldürüldükdə Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı.
Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasını vurması və SEPAH-ın iki general və 5 zabitinin ölümünə Tehranın necə cavab verəcəyi barədə müzakirələr haqda qeyd edib.

