12 C
Bakı
29 Mart 2026 00:12
Cəmiyyət

Şirkət rəhbərinə “stop“ qoyulur – 730 min borcu var

“Binəqədi Residence” tikinti şirkətinin külli miqdarda vergi borcu üzə çıxıb.

 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakıda və Abşeronda hündürmərtəbəli binaların inşaası ilə məşğul olan şirkətin qanuni təmsilçisi Vaqif Əmirov Talıb oğludur.

 

Vaqif Əmrirovun rəhbəri olduğu “Binəqədi Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin 734.742,36 manat vergi borcu yaranıb.

 

Artıq şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.

 

İş Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatındadır.

 

Qeyd edək ki, şirkət tərəfindən Binəqədi rayonu, Binəqədi şosesi 5 saylı ünvanda hündürmərtəbəli binalar inşaa edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“İrşad Telekom” Rüfət Mehdiyevin qızını aldadıb? – Video

redaktor

Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəyə baxmadı: Pasiyent VƏFAT ETDİ

redaktor

Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb.

admin