11 C
Bakı
29 Mart 2026 12:57
DünyaSiyasət

Paris Ukraynada İKİ CƏBHƏ AÇIR? – Fransız əsgərlər bu ərazilərə yerləşdiriləcək.

Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Vincent Arbaretier hesab edir ki, Ukraynaya göndərilə biləcək fransız əsgərləri Dnepr boyunca və ya Kiyev ətrafında yerləşdiriləcək .

 

O,  bu barədə LCI telekanalının efirində bildirib.

“İki variant mümkündür: Dnepr boyunca və Kiyev ətrafında. Onları qarışdırmaq olar ki, ruslar daha da irəli gedə bilməsinlər, əks halda atəşimizin altına düşmək riski var”, – Arbaretier bildirib.

O, iddia edir ki, fransız əsgərlərinin Ukraynada yerləşdirilməsi Rusiyaya qarşı təxribata çevrilməyəcək, lakin Moskvanı danışıqlara məcbur etməlidir.

 

Arbaretierin fikrincə, beləliklə, Fransa nüvə dövləti kimi “Avropanın qorunmasında öz rolunu” yerinə yetirəcək.

“YouTube” kanalında yayımlanan süjetə şərhlərdə izləyicilərin əksəriyyəti Fransa qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməsi ideyasının qəti əleyhinədir. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir” – Akar

redaktor

Arif Hacılı: “Bu arzum yerinə yetdi, Argentina dünya çempionu oldu”

redaktor

“Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq”

redaktor