32 C
Bakı
12 Avqust 2025 14:37
DünyaSiyasət

Türk şirkətləri NATO-nun Avropadakı ən böyük bazasını tikəcək – KİV

Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda danışıqlar aparır:

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”.

Qeyd edilir ki, türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.

Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.

Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, Britaniyanın Rusiyaya müharibə elanıdır

redaktor

Bayden Ukraynaya kaset sursatlarının tədarükünü təsdiqləyib – The Washington Post

redaktor

Türkiyədə körpəyə Qənirə Paşayevanın adı verildi – FOTO

redaktor