22.7 C
Bakı
13 İyun 2026 05:54
Dünya

Rusiya İrandan yüzlərlə dron aldı – Qərb kəşfiyyatı

Vaşinqtonun Tehrana ünvanladığı çağırışlara baxmayaraq, İran Rusiyaya Ukraynada istifadə edə biləcəyi yüzlərlə pilotsuz uçan aparat satıb.

Tacxeber.az xəbər verir ki, bu barədə AR Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, İrana qarşı sanksiyaların ləğvi Rusiyaya Ukraynadakı hərbi əməliyyatları gücləndirməyə, neft və digər məhsulların satışının qaçaqmalçılıq yolu ilə artmasına səbəb ola bilər. Bu isə Rusiyaya AB-nin tətbiq etdiyi məhdudiyyətlərdən yayınmağa şərait yarada bilər.

Qeyd edək ki, daha öncə də yayılan məlumatlarda İranın Rusiyanı “Şahin” PUA-ları ilə təmin etdiyi bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər

ABŞ-nin “Eyzenhauer” təyyarə gəmisi Fars körfəzinə daxil oldu

admin

Rus əsgəri Avropadan sığınacaq istəyir

admin

ABŞ-da hara baxırsan, Epşteynin tələbələrini görürsən

redaktor