Cəmiyyətİdman

“Qarabağ”ı Almaniyada nə qədər azarkeş dəstəkləyəcək?

 

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” cavab görüşündə Ağdam təmsilçisinin azarkeşləri də stadionda olacaqlar.

 

 “BayArena”dan 1500-1800 “Qarabağ” azarkeşi komandasına dəstək olacaq. Sözügedən stadion 30 min 210 azarkeş tutumuna malikdir.

Daha əvvəl “Qarabağ”ın yaydığı məlumatda komandanın azarkeşləri üçün “Bayer” tərəfdən 1790 ədəd bilet ayrıldığı və satışa çıxarıldığı qeyd olunmuşdu.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” matçı martın 14-dən 15-nə keçən gecə – Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Niyə ailə başçısı qadın olanda xərclər daha çox olur?

redaktor

Polad Həşimovun anası: “Bu mövzuda danışanda əsəbləşirəm”

admin

Qaxda 13 yaşlı qıza kollektiv təcavüz olunduğu bildirilir

admin