13 C
Bakı
24 Mart 2026 18:48
Cəmiyyətİdman

Musa Qurbanlı “Qarabağ”a qayıdır?

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Yurqorden”də çıxış edən komandanın sabiq futbolçusu Musa Qurbanlının Ağdam təmsilçisinə mümkün qayıdışını şərh edib.

 

O,  Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:

“Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər”.

 

Qeyd edək ki, M.Qurbanlı ötən ilin iyulunda “Qarabağ”dan “Yurqorden”ə keçib. Oyunçu İsveç təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. İsveç mətbuatında onun yeni mövsümdə başqa kluba icarəyə verilə biləcəyinin mümkünlüyünə dair fikirlər yayılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ

redaktor

Azərbaycanda məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq

admin

​Həkimlər resepti onlayn yaza biləcək

redaktor