Dünya

Bu qəzet dindarları qəzəbləndirdi – Ramazanla bağlı ŞOK FOTO

Fransanın solçu qəzetlərindən biri olan Liberation tərəfindən Qəzzada Ramazan bayramı ilə bağlı irqçi bir karikatura nəşr olunub.

 

Tacxeber.comxəbər verir ki, sözügedən nəşr müsəlman cəmiyyətində böyük əks-səda doğurub.

 

Belə ki, Fransanın Liberation qəzetində Korin Reyin çəkdiyi karikaturada humanitar faciənin yaşandığı Qəzza zolağında Ramazan ayının necə başladığı müzakirə edilib.

 

“Qəzzada Ramazan” adlı karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar altından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub.

 

Sosial media istifadəçiləri isə İsrailin məcburi aclığı nəticəsində hər gün onlarla uşağın öldüyü Qəzzada baş verən humanitar faciəni ələ salan karikaturanı sərt tənqid ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Krım körpüsünü bu tarixdə açacaq

redaktor

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

redaktor

Super varlılarla yaşamaq üçün 223 milyon xərclədi – Silah alverçiləri, qaçaq diktatorlar..

admin