İdman

Qurban Qurbanov dünya reytinqində irəlilədi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.

 

Tacxeber.com xəbər verir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.

 

O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.

 

“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.

 

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.

 

Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Tacxeber.com

Oxşar xəbərlər

Messi məğlubiyyətindən danışdı – “Tələyə düşdük”

redaktor

ŞOK! “Neftçi” azarkeşləri stadionu tərk etdilər – FOTOLAR – AÇIQLAMA

admin

Santuşun Azərbaycana bağlı vida mesajı paylaşıb

admin