Dünya

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovun vəzifəsindən azad edildiyi deyilir.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” və “Fontanka” nəşrləri məlumat yayıb.

 

Bildirilir ki, Şimal Donanmasının komandiri admiral Aleksandr Moiseyev baş komandan səlahiyyətlərini icra edəcək.

 

Komandanın dəyişdirilməsi barədə artıq Ali Baş Komandanlığın şəxsi heyətinə məlumat verilib.

 

Qeyd edək ki, Moiseyev 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edib.

 

Rusiya hakimiyyət orqanları hələlik xəbərlərə münasibət bildirməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bir çox müsəlman ölkəsində din bir inanc deyil, siyasi alətdir.

admin

Ermənilər Göyçəni tərk edir

admin

Bu ölkənin tankerlərinə Hörmüzdən keçməyə icazə verildi

admin