23.7 C
Bakı
09 İyun 2026 22:07
Sağlamlıq

Oruc tutmaq bədəni iltihabdan qoruyur

İngiltərənin Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu orucun iltihabdan necə qoruduğuna dair araşdırmanın nəticələrini dərc edib. İmmunitet sistemimiz iltihabla qarşılaşdığımız zaman zədələnmiş bölgələrə kimyəvi maddələri çağıraraq bədənimiz üçün lazımi müdafiəni təmin edir.

 

Yüksək kalorili pəhrizə riayət etmək, müxtəlif sağlamlıq vəziyyətlərinin əsasını təşkil edən iltihab sindromu (immunitet sisteminin pozulması) riskini daşıdığı bilinir. Əvvəlki araşdırmalar oruc tutmağın iltihabdan qorunmağa kömək edə biləcəyini göstərib.

 

Tədqiqatçılar 500 kalorili yemək yemək, 24 saat yeməkdən çəkinmək və daha sonra başqa 500 kalorilik yemək tələb olunan 21 könüllüdən alınan qan nümunələrini araşdıraraq, oruc tutmaq nəticəsində araxidon turşusu adlı birləşmənin artdığını aşkar ediblər. Bu da bədəni iltihabdan qoruyur.

Tacxeber.com

Oxşar xəbərlər

Araz çayından gələn şəfa – Orqanizmin ehtiyac duyduğu 84 mineralı ehtiva edən duz

redaktor

Heç kim bu həkimlərə “DUR” demir – Tanınmış pediatr mədəkiçiltmə əməliyyatını pislədi

redaktor

Sahura qalxmadan oruc tutmaq kökəldir – Bunları etməsəniz…

redaktor