Cəmiyyətİdman

“Qəbələ”-nin baş məşqçisi istefa verdi.

 

 

“Qəbələ” fk baş məşqçisi Elmar Baxşıyev istefa verib. Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

 

Tacxeber.com xəbər verir ki, bu haqda klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb.

 

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komandamız onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bilal Əliyev: “Qiymətlər normaldır, sadəcə, cənab Prezident ildə bir az maaşları, pensiyaları, təqaüdləri artırsa, hər şey yaxşı olacaq…”

redaktor

SOCAR-da 16 ildən sonra vitse-prezidentlikdən gedənlər – DOSYE

admin

IMEI ilə bağlı 12 minlik cərimə təklifinin mahiyyəti açıqlandı

redaktor