Dünya

İsrail Nazirlər Kabineti Fələstini birtərəfli qaydada tanımaqdan imtina etdi

İsrail hökuməti həftəlik iclasında Baş nazir Benyamin Netanyahunun fələstinlilərlə münaqişənin həllinin yekun statusu və Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin “diktəsini” rədd edən qətnaməni yekdilliklə təsdiqləyib.


Tacxeber.com
 xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti Aparatı bəyanat yayıb.

“Hökumət İsrailin beynəlxalq diktə ilə razılaşmaması ilə bağlı deklorativ qərarı yekdilliklə təsdiqləyib”, – bəyanatda deyilir.

Qətnamədə qeyd olunur ki, İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir:

“İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma misli görünməmiş terror aktı üçün böyük mükafat olacaq və gələcəkdə Fələstin-İsrail qarşıdurmasının sülh yolu ilə həllinə mane olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Fars körfəzinin adını dəyişmək istəyir

redaktor

Kim Çen In depressiyaya düşüb, özünü tənha hiss edir

redaktor

ABŞ-ın başı hələ ki, Rusiya-Ukrayna müharibəsinə qarışıb, Asiyada da qeyri-sabitlikdir.

admin