Dünya

ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket zərbələri təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırıb.

Tacxeber.az xəbər verir ki, bu barədə ABŞ Departamentinin saytında məlumat verilib.

“Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirdiyi barədə məlumat var. Əgər təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyatdan istifadə edə bilərsiniz. Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət daha da pisləşə bilər. ABŞ vətəndaşları sayıq olmalıdırlar. Ən yaxın bomba sığınacaqlarının yerini əvvəlcədən öyrənin”, – bəyanatında deyilib.

Tacxeber.az

Oxşar xəbərlər

Suriyanın açarı Türkiyədə, Ərdoğandadır.

admin

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb

redaktor

Tramp yalan danışdığına görə Netanyahuya bağıraraq acıqlanıb.

admin