24 C
Bakı
12 Avqust 2025 00:26
Cəmiyyət

Naz-qəmzəli kişilər və söyüşcül qadınlar çoxalır – Filosofdan ÇAĞIRIŞ

 

“Əgər diqqətli müşahidəçi olsanız, görərsiniz ki, cəmiyyətdə qəribə bir “çevrilmə” baş verməkdədir. Yəni bir çox qadınlar kişi, bir çox kişilərsə qadın jestləri ilə çıxış edir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, dramaturq, filosof Firuz Mustafa deyib.  O, yaranmış vəziyyətdən narahatlığını dilə gətirib:

“Əslində, məsələ belədir ki, bu cinslərə mənsub olan adamların bədənin öz dili və jesti vardır. Özü də bədən dilinin tarixi çox qədimdir. Bu məsələnin bəzi məqamları barədə hətta maraqlı elmi iş də yazılıb. Mütəxəssislər qadın bədəninin dilini kişi bədəninin dilindən fərqləndirməyi yaxşı bilirlər.

Bu, məsələnin adi, təbii, normal halıdır. Amma artıq yuxarıda dediyim kimi, cəmiyyətdə paradoksal hallar baş verməkdədir: yeriş, duruş, danışıq, rəftar, gülüş, geyim-kevim məsələrində cinslərin yerinin “dəyişdiyi” müşahidə olunur. Qadınabənzər sırğalı, boyunbağlı və naz-qəmzəli kişilərin, eləcə də kişiyəbənzər söyüşcül və damağı cığaralı (siqaret – red.) qadınların sayı günbəgün artmaqdadır”.

Yazıçı hesab edir ki, həm ailədə, həm təbabətdə, həm də mətbuatda bu məsələlərə ciddi yanaşmalıdır:

“Bir çoxları mövcud vəziyyətə dişlərini ağardıb gülsə də, bu, çox ağlamalı problemdir” – o deyib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Bu gün Azərbaycan kubokunun finalıdır

admin

Krunoslav Renduliç: “Futbolçularım aslanlar kimi döyüşdülər”

admin

Psixoloqun “bahalı telefon almayan kişini boşayın” tövsiyəsi rezonans doğurdu – SƏRT REAKSİYALAR

redaktor