28 C
Bakı
28 Avqust 2026 14:26
Dünya

Bayden: Rusiya ABŞ, NATO və dünya üçün ciddi təhdidə çevrilir

 

ABŞ Konqresində Ukraynaya yardım üçün maliyyə məsələsi ilə bağlı razılığın olmaması, ABŞ-nin milli təhlükəsizliyini təhdid etməklə yanaşı, NATO və ümumiyyətlə,  bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq təhlükə yaradır.

Tacxeber.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin ABŞ prezidenti Co Baydenlə Konqres rəhbərliyi arasında görüşdən sonra yaydığı bəyanatda deyilir.

Bayden qanunvericilərlə onların fəaliyyətsizliyinin Ukrayna, ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib. “O, açıq şəkildə bildirib ki, Konqresin davam edən fəaliyyətsizliyi ABŞ, NATO və dünyanın digər ölkələrinin  milli təhlükəsizliyini təhlükə altına qoyur. Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün tez bir zamanda əlavə maliyyə ayırmağa və bununla da ABŞ-nin qətiyyətli siqnalı verməyə çağırıb”, – deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, prezident açıq şəkildə bildirdi ki, sərhəd məsələlərinin həlli üçün tədbirlər görülməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan “Qarabağ generallarını” həbs etməyə hazırlaşır

redaktor

İsrailli polkovnik Məkkə razılaşmasında “Sünni atəş tağı” görür

redaktor

İranla gizli diplomatiya: üç yol Tehrana gedir

redaktor