22.8 C
Bakı
10 İyun 2026 02:39
Hadisə

İsrailin Raanana şəhərində silahlı hücum: 19 nəfər yaralanıb – FOTO

 

İsrailin Raanana şəhərində insanlara avtomobil və soyuq silahla hücum ediblər.

Məlumata görə, şəhərin Ahuza və Derex Yeruşalaim küçələrinin kəsişməsində avtomobil insanları vurub. Soyuq silahın da tətbiqi ilə baş verən hadisə nəticəsində 14 nəfər yaralanıb. Onlardan 70 yaşlı qadının vəziyyəti kritik, 34 yaşlı kişi və 16 yaşlı oğlanın vəziyyəti ağır, səkkiz nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngüldür. Yaralılar Kfar Sabadakı Meir xəstəxanasına aparılıblar.

Hücum edənlərdən birinin məhv edildiyi barədə məlumat daxil olub. Ancaq hələ rəsmən təsdiqlənməyib.
Raanana və Kfar-Sabada təhlükəsizlik tədbirləri gücləndirilib.

 

 

Oxşar xəbərlər

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanıldı

admin

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yaranıb.

admin

SON DƏQİQƏ: Bakı metrosunda faciə!

redaktor