12 C
Bakı
29 Mart 2026 19:59
CəmiyyətHadisə

“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” – Anar Ələkbərov

“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.

Bunu açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Hadisə yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Bir həftəyə Qarabağda yaşayan ermənilərə Azərbaycan pasportu verə bilərik” – AÇIQLAMA

redaktor

“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx İsmayılovun gəlini danışdı- SENSASİON GƏLİŞMƏ

admin

Sumqayıtda nənə iki yaşlı nəvəsinə işgəncə verdi – RƏSMİ AÇIQLAMA

redaktor