10 C
Bakı
17 Mart 2026 19:22
Dünya

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

 

18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb.

O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb./report.az

Onların çirkli pulların yuyulması, imiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Ağazadə”lərin eyş-işrəti: ayətullahlar şiələrin pulunu hara xərcləyir?

redaktor

Kapitalizmə nifrət edən, məzlum, ac və qapalı Şimali Koreya

redaktor

İrandan İsrailə ballistik raketlər atıldı

redaktor