DünyaQalmaqalŞou

“Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi

“Çılpaq gecə” mərasiminin iştirakçıları Nastya İvleyeva, Filipp Kirkorov və lolita Milyavskaya rus telekanallarındakı şou proqramlarda yer almayacaqlar.

Bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Telekanallar şounu bir ay əvvəl lentə aldılar. Nəticədə “Birinci kanal” və “Rusiya 1” Lolita və Kirkorovu oradan saniyə-saniyə kəsməli oldular. NTV-də onlar ən kəsilmiş formada qalacaqlar, çünki iki şounun finalına ev sahibliyi edirlər. Finalın yayımlanmaması və ya yenidən çəkilişi müsabiqə iştirakçıları üçün ağrılı olardı. Amma sonda bacardıqları qədər kəsiblər. Filmin bütöv bir parçası TNT-də yenidən çəkilib”, – Simonyan bildirib.

 

 

Simonyan “Çılpaq gecə” iştirakçılarını Rusiya hərbçilərinin hesabına pul köçürməklə günahlarını yumağa dəvət edib.

 

 

Qeyd edək ki, Nastya İvleyevanın təşkil etdiyi gecəyə F.Kirkorovun açıq-saçıq geyimdə qatılması ciddi etiraza səbəb olub. Hətta ondan “xalq artisti” adının geri alınması tələb edilir. (Kult)

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: “Qoy bizi Respublika Meydanında assınlar”

redaktor

Paşinyanın əsas hədəfi: Konstitusiya referendumuna gedən yolu açmaq

redaktor

Kreml: Rusiya “sərt” cavab verəcək

redaktor