23 C
Bakı
12 Oktyabr 2026 16:37
Dünya

Zelenski ukraynalıları çətin seçim qarşısında qoydu: Mən kiməm?

 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hər bir ukraynalı gec-tez qaçqın statusu ilə ölkəsi qarşısında borcunu yerinə yetirmək istəyi arasında seçim etməlidir.

Tacxeber.com xəbər verir ki, Zelenski bu barədə Yeni il müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, 2022-ci il fevralın 24-də respublika vətəndaşları müxtəlif qərarlar qəbul ediblər. Kimisi ölkədə qalıb, ya da cəbhəyə gedib, kimi qaçıb, kimisi də gedib, amma sonra öz vətəninə qayıdıb.

“Mən bilirəm ki, bir gün hər bir ukraynalı özünə sual verməli olacaq: Mən kiməm? Mən kim olmaq istəyirəm? Qurban və ya qalib? Qaçqın, yoxsa vətəndaş?”, – Zelenski deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Fransada hakerlər soyuduculara hücum ediblər

redaktor

Tehranın Məkkə Sazişi narahatlığı: Husilər üzərindən yeni regional gərginlik

redaktor

Süni intellekt bumu: Yeni infrastruktur əsri

admin