23.2 C
Bakı
15 İyun 2026 13:36
DünyaİdmanQalmaqal

Ronaldo bu gün “Fənərbağça”, yoxsa “Qalatasaray”ı dəstəkləyəcək?

Türkiyə Superliqasının nəhəngləri “Fənərbağça və “Qalatasaray” arasında Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Superkubokunun final görüşü ərəfəsində məşhur futbolçu Kriştianu Ronaldo favoritini açıqlayıb.

 

Türkiyə mediası xəbər verir ki, mübarizəni stadiondan izləyəcəyini bildirən ulduz futbolçu favoritinin “Qalatasaray” olacağını, “Qalatasaray”ı dəstəkləyəcəyini bildirib.

 

““Al Awwal Park”a matçı izləməyə gedəcəyəm. Favoritim “Qalatasaray”dır, “Qalatasaray”ı dəstəkləyəcəyəm”, – məşhur futbolçu bildirib.

 

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Al-Awwal Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 

İki əzəli rəqibin matçının əsas hakimi isə Abdulkadir Bitigen olacaq. Ona Erdem Bayık və Mustafa Savranlar kömək edəcək. Dördüncü hakim funksiyasını isə Volkan Bayarslan yerinə yetirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Cennifer Lopez içki düşkünü olub.

admin

Si-Tramp görüşü ərəfəsində maraqlı tərəflər simvolik mesajlarını verdilər

redaktor

Netanyahudan İrana SƏRT XƏBƏRDARLIQ – “Eyni qətiyyət və güclə hərəkət edəcəyik”

redaktor