20 C
Bakı
14 Oktyabr 2026 08:19
Dünya

Astana aeroportunda həyəcan siqnalı verildi

Qazaxıstanın paytaxtı Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı elan edilib və sərnişinlərdən aviasiya təhlükəsizliyi qaydalarına əməl etmələri xahiş olunur.

Tacxeber.com Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının məlumatında deyilir.

“Sərnişinlərdən şəxsi əşyalarına diqqət etmələrini, uşaq və yeniyetmələri nəzarətsiz qoymamalarını, aviasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrini xahiş edirik”, – məlumatda bildirilir.

Daha sonra hava limanının mətbuat xidməti həyəcan siqnalının sərnişinə görə qaldırıldığını bildirib.

Belə ki, KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin zarafat etdiyini deyib.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (terror aktı haqqında bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi açılıb. Onun 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Hicabdan xilafətə: Türkiyə–Azərbaycan qardaşlığını təhlükəyə atan çağırışlar

redaktor

Nursultan Nazarbayev: “Biz ərəb deyilik”

redaktor

Qardaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində qurulmalıdır, dövlətlərin daxili işlərinə müdaxilə üzərində deyil

redaktor