31 C
Bakı
13 Avqust 2025 15:00
DünyaGündəmMüsahibə

Sensasion iddia: Ukrayna F-16-larla darmadağın edir

F-16 qırıcılarının birinci partiyasının artıq Ukraynaya çatdırıldığı ehtimalı irəli sürülüb.

Bu barədə “Nyusvik” (Newsweek) nəşri yazıb.

Nəşrin iddiasına görə, dekabr ayında ardıcıl şəkildə Rusiya qırıcılarının vurulması sıradan hadisələr deyil.

Bildirilib ki, Rusiya son üç həftə ərzində 8 qırıcı təyyarə itirib:

“Dekabrın 5-də Ukrayna ordusu İlanlar adası yaxınlığında rus qırıcısını vurduğunu açıqlayıb. 12 gün sonra isə Rusiyanın aviabazasına edilən hücum zamanı Su-34 qırıcısı məhv edilib. Həmin gün Ukrayna mediası Rusiyanın yanlışlıqla özünün Su-25 taktiki bombardmançılarından birini vurduğunu yazıb. Dekabrın 22-də Ukrayna Rusiyanın daha üç Su-34 bombardmançı təyyarəsini məhv edib. Kiyev həm də 24 dekabrda rus ordusuna aid Su-30 və Su-34-ün məhv edildiyi haqqında açıqlama yayıb.

26 dekabrda Ukrayna Krımda Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub. Hazırda gəmiyə F-16-dan qanadlı raketlərin atıldığına dair fikirlər də səsləndirilməkdədir”.

Nəşrin eksperti bildirib ki, bu uğurlar F-16 ilə bağlı ola bilər, sadəcə, Qərb 20 aylıq müharibədən dərs çıxarıb və anlayır ki, verdiyi mühüm silahı elan etməmək daha doğrudur. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Rus qoşunları hücuma keçdi, 264 hərbçisini itirdi

admin

Həbsdə olan Tofiq Yaqublunun sülh sazışınə maraqlı münasibəti

admin

London taksi sürücüləri niyə dünyanın ən ağıllı sürücüləridir?

redaktor