25.7 C
Bakı
13 İyun 2026 22:33
GündəmİqtisadiyyatQalmaqal

“Rabitə Bank” Xankəndini Stepanakerd adlandırır

“Rabitə Bank” Qarabağ bölgəsini erməni dilində adlandırır.

 

“Rabitə Bank”ın rəsmi internet saytında filiallar bölməsi Azərbaycan siyasətinə zidd addımlar atır. Belə ki, 44 günlük vətən müharibəsində şəhidlərin qanı hesabına geri alınan Qarabağ bölgəsi sözügedən bankın saytında erməni dilində də dərc edilir.

“Rabitə Bank” internet saytında “Google” şirkətinin xəritəsindən istifadə etdiyi üçün siyasi səhvə yol verir. Halbuki digər banklar və bəzi dövlət qurumları “Yandex” şirkətinin xəritəsindən istifadə edərək Qarabağımızı öz dilimizdə qanuni adı ilə yazır. Görünən odur ki, Qarabağın erməni dilində adlandırılması “Rabitə Bank”ı narahat edən məsələ deyil. (Kommersant)

Tacxeber.com

Oxşar xəbərlər

“Meyxananı İrana bağlayırlar…” – Namiq Məna

redaktor

Ukrayna Hərbi Kəşfiyyatının ağlasığmaz əməliyyatı

admin

Xalq şairi Ramiz Rövşən: “Mən o qocalardan deyiləm ki…” – FOTO

admin