24 C
Bakı
22 İyun 2025 13:33
CəmiyyətGündəmSiyasət

Araz Əliyev saxlanılarkən fiziki təzyiqə məruz qaldığını bildirir.

Dekabrın 25-də vəkil Nemət Kərimli Daxili İşlər Nazirliyinin (DİN) İnzibati həbs olunanların saxlanma məntəqəsində NİDA Vətəndaş Hərəkatının və III Platformanın üzvü Araz Əliyev ilə görüşüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə vəkil “Turan”a danışıb.

 

N. Kərimli bildirib ki, A.Əliyevin sözlərinə görə, onu dekabrın 23-də axşam saatlarında mülki geyimli şəxslər yolda saxlayıblar:

“Araz Əliyev deyir ki, onu saxlayıb maşına mindirəndə o, fiziki təzyiqə məruz qalıb, kompüterini əlindən alıblar. Daha sonra onu 24-cü polis bölməsinə aparıblar, orada ona hədə-qorxu gəliblər”.

 

A.Əliyev ittihamları qəbul etmir və öz həbsini III Platformanda fəaliyyəti ilə əlaqələndirir.

 

Bu deyilənlərə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

 

Xatırladaq ki, A. Əliyevlə dekabrın 23-ü saat 18 radələrindən əlaqə kəsilib. Bir gün sonra, dekabrın 24-də isə onun saxlanıldığı və Nizami Rayon Məhkəməsində haqqında 25 sutka inzibati həbs qərarı çıxarıldığı məlum olub.

 

Araz Əliyev xırda xuliqanlıqda (İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi) və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda (535-ci maddə) ittiham edilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Saqqız çeynəmişəm, əcəb etmişəm, lüt gəzməmişəm ki…” – Əməkdar artistdən onu qınayanlara SƏRT CAVAB

redaktor

Azərbaycanda ən yüksək ölüm göstəricisi olan RAYONLAR – MÜQAYİSƏ

admin

Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma…”

redaktor