23.3 C
Bakı
13 İyun 2026 10:31
Dünya

“HƏMAS”çılar bədənləri ilə bizi bombardmanlardan qoruyurdu…”-Yəhudi qadın…-VİDEO

““HƏMAS

Qəzza zolağında girovluqdan azad edilmiş İsrail vətəndaşları “HƏMAS”- “İslami müqavimət hərəkatı”nın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasının mühafizəçiləri tərəfindən yaxşı rəftar gördüklərini bildiriblər.

Tacxeber.com xəbər verir ki, “Əl-Cəzirə”nin yaydığı məlumata görə, girovluqdan azad edilmiş Çen Almoq Qoldşteyn qızı Aqamla birgə İsrail kanallarından birinə verdikləri müsahibədə bu haqda danışıb.

Yəhudi qadın “HƏMAS” əsgərlərinin onu və üç övladını İsrail bombardmanlarından qorumaq üçün canlarını fəda etməyə hazır olduqlarını vurğulayıb.

“Bizi Qəzzada əsir saxlayan mühafizəçilər bədənləri ilə bizi bombardmanlardan qorudular… Bizi ordunun zərbələrindən qorudular və biz onlar üçün çox vacib idik. Biz onlardan bizi öldürəcəkləri haqda soruşduqda, dedilər ki, siz ölməzdən əvvəl biz öləcəyik”,- deyə Ç.Qoldşteyn bildirib.

Oxşar xəbərlər

İranın Ekspertlər Məclisi Xameneinin oğlu Müctəba Xameneini yeni dini lider seçib.

redaktor

Fransanın Ermənistanı silahlandırması əks effekt verir – Hikmət Hacıyev

redaktor

Batya ilə birgə Priqojinə təsir edən: O, Putinin varisidir?

admin