12 C
Bakı
29 Mart 2026 03:43
DünyaSiyasət

“Qazprom” “Şimal axını”nı dayandıracaq

Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracaq.

Bu barədə şirkətin Teleqram kanalında məlumat verilib.

“Qazprom”dan bildiriblər ki, yeganə işləyən qaz kompressor qurğusu olan “Trent 60” texniki xidmət göstərilməsi və planlı profilaktik təmir işləri üçün avqustun 31-də üç gün müddətinə dayandırılacaq.

Qeyd olunub ki, qurğuya texniki xidmət göstərmək zəruridir, kompleks işlər “Siemens” şirkətinin mütəxəssisləri ilə birgə aparılacaq, “Siemens”in texniki sənədlərinə uyğun olaraq, hər min saatdan bir bu işlər aparılmalıdır.

Təmir işləri başa çatdıqdan sonra qazın nəqli bərpa edilərək sutkada 33 milyon kubmetrə çatdırılacaq. /Axar.az

Tacxeber.az

 

 

Oxşar xəbərlər

Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi.

admin

“MAGA, hardasınız?” Putinin ideoloqu Aleksandr Duqin

admin

Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?

admin