22.8 C
Bakı
10 İyun 2026 02:35
Dünya

İsrail polisi Qüdsdə “Haber Global”ın əməkdaşlarına silah tuşlayıb

 

 

Qüdsdə İsrail polisi “Haber Global”ın əməkdaşlarına silah tuşlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, “Haber Global”ın jurnalistləri Qüdsdə cümə namazı qılmaq istəyənlərə mane olmaq istəyən polisləri çəkmək istəyib. Polis isə media mənsublarına silah tuşlayaraq onları qorxutmaq istəyib.

Hüquq-mühafizə orqanları əməkdaşları müxbir Mehmet Altunışık və operator Serdar Altıntepenin işlərinə mane olmaq istəyiblər.

Polislər havaya atəş açıb, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Məlumata görə, onlar həm də yerli fələstinliləri evlərindən çıxmağa məcbur ediblər.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Məlumata görə, indiyə qədər 1200 İsrail hərbçisi ölüb, 5 min 132 nəfər isə yaralanıb. Artıq Livandakı Hizbullah qruplaşmasının də savaşa qoşulmasına dair məlumat var.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ kəşfiyat strukturlarına inanmayan Tramp və çevrəsi Rusiya təbliğatının təsirinə düşüb.

admin

Rusiyada tezliklə yeni səfərbərlik elan ediləcək

redaktor

Tramp İrana xəbərdarlıq edib: Görünməmiş bombardman olacaq

redaktor