24 C
Bakı
12 Avqust 2025 01:20
CəmiyyətDünya

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarıldı

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb.

Tacxeber.azxəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.

Əsasnamənin isə 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “yaxud şikəstliklə” sözləri çıxarılıb.

Tacxeber.az

Oxşar xəbərlər

Bizim mobil operatorların “1 manat- 1 gün” prinsipi ilə müştərilərlə davaya başları qarışıb, amma qonşularımız isə ….

redaktor

Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş – 777 min manatı ötdü

admin

Artıq “Tik Tok”da alış-veriş etmək mümkün olacaq

redaktor