21 C
Bakı
21 İyun 2025 22:49
Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ – Ölüm RİSKİ VAR

 

Yaxın 2 gündə güclü geomaqnit qasırğası olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən məlumata görə, dekabrın 18-i və 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün heç də əlverişli deyil.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:

Ölkədə geomaqnit qasırğası davam edir – Necə qorunaq?

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Tacxeber.com

Oxşar xəbərlər

İctimai fəalın anası: ‘Soyuq otaqda, dörd nəfər əməkdaşın yanında 20 dəqiqə lüt saxlayıblar’

admin

“Onlar varlılarla oturub durmağa aludə olublar”

redaktor

Taleh Yusifov Azərbaycana ekstradisiya edildi

admin