7 C
Bakı
26 Dekabr 2025 19:44
Sağlamlıq

Həftəsonları əlavə yuxunun FAYDALARI

 

Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, həftəsonu əlavə yatmaq infarkt və digər ürək-damar xəstəlikləri ehtimalını azalda bilər.

Tacxeber.comxəbər verir ki, araşdırmanın nəticələrini DailyMail xəbər portalı təqdim edib.

Müəlliflər yuxu dövrlərinin sağlamlığa necə təsir etdiyini görmək üçün 3400 insanı tədqiq ediblər.

Tədqiqatçılar respondentlərin sağlamlıq vəziyyəti, eləcə də yuxu vərdişləri haqqında məlumat toplayıblar.

Toplanmış məlumatları təhlil etdikdən sonra onlar müəyyən ediblər ki, həftə ərzində kifayət qədər yatmayan, lakin şənbə və ya bazar günü əlavə iki saat istirahət edə bilənlərin infarkt və ya insult keçirmə ehtimalı 63% azdır.

Bunun əksinə olaraq, həftə sonları itirilmiş yuxu saatlarına çatmayan işçilərin ürək-damar xəstəlikləri riski daha yüksəkdir.

Əvvəlki araşdırmalar da göstərib ki, həftəsonları əlavə bir və ya iki saat yatmaq piylənmə və depressiyanın qarşısını ala bilər.

Tacxeber.com

Oxşar xəbərlər

“Qadın ürəyi daha kiçik və daha həssasdır” – Kişi və qadın ürəyi arasında beş fərq varmış…

admin

L-Sistein: mənbəyi, istifadəsi və riskləri

redaktor

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın – Həkimə getməyə ehtiyac yoxdur

redaktor