22 C
Bakı
16 Oktyabr 2026 11:04
GündəmSiyasət

“Azərbaycan da Şərqi Zəngəzurda İsrailin konsulluğunu açmalıdır” – İrana CAVAB

“İranın Zəngəzurda konsulluq açması birbaşa Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınmasına yönəlib”.

Tacxeber.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, İranın Ermənistanla Azərbaycan arasında düşmənçilik siyasətinin davam etməsi istiqamətində əlindən gələni etdiyini vurğulayıb:

“Hətta bu ölkə Ermənistanı PUA -larla təchiz etmək siyasətini nəzərdən keçirir. Xüsusilə, İran məhz Zəngəzurda konsulluq açmaqla anti-Azərbaycan mövqeyini ortaya qoyub. Bunun müqabilində Azərbaycan İrana ciddi etiraz etmir, İranla bağlı siyasətində gərginləşmə nöqtəsinə gələcək proseslərdən uzaq durur”.

 

Ekspert təklif edib ki, Azərbaycan artıq Şərqi Zəngəzurda İsrailin konsulluğunu açmalıdır:

“Şuşada isə Türkiyənin konsulluğunun açılması gecikir. Azərbaycan öz ərazisində istənilən dövlətin konsulluğunun açılmasına razılıq verə bilər. Cənubi Qafqaz da proseslər həlledici mərhələyə qədəm qoyur. Azərbaycan-Türkiyə-İsrail üçbucağı regionda təhlükəsizliyin sığortasıdır”.

Tacxeber.az

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor