Dünya

Kiyev meri Zelenskinin qatıldığı tədbiri BOYKOT ETDİ

 

Kiyevin meri Vitali Kliçko Ukrayna rəhbəri Volodimir Zelenskinin iştirakı ilə keçirilən son tədbirdə iştirak etməyib

Tacxeber.comxəbər verir ki, bu barədə Strana.ua yazır.

Qeyd olunur ki, Kliçko videokonfrans vasitəsilə Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında iştirak etməyib. Paytaxtı şəhər hərbi administrasiyasının rəhbəri Popko təmsil edib.

Konfrans iştirakçıları dərhal Kliçkonu görmədiklərini qeyd ediblər. Popko da cavab olaraq deyib ki, “mer yoxdur”. Bu, yerli hakimiyyət orqanlarının kəskin reaksiyasına səbəb olub. Bundan sonra Zelenski gülməyə və əli ilə gözlərini örtməyə başlayıb.

“Paytaxtda mer olmasını təmin etmək üçün hər şey edilməlidir”, – deyə Ukrayna prezidenti mesaj verib.

Daha əvvəl Kliçko bildirib ki, Zelenski səhvlərə görə cəzalandırılacaq. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının təmas xəttində yaranmış dalana dirənməsi ilə bağlı fikirlərini dəstəkləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Harvarda daxil olan tələbələrə viza verilməsini dayandırdı

redaktor

Bəşəriyyət tarixinin ən böyük utanclarından biri – Cinsi istismar edilən qadınlar

redaktor

Solovyovun verilişində dava: Biz öz əsgərlərimizi qurban veririk, amma siz… – VİDEO

redaktor