Dünya

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

 

Sabahdan hava şəraiti dəyişəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Dekabrın 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enərək, gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, sabah gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni Epstein işi Klintonla bağlı güzəştə gedir

redaktor

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərə nisbətən daha çox zəiflədir

redaktor

Rus dili məktəb və uşaq bağçalarının proqramından ÇIXARILDI

redaktor