DünyaSiyasət

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi.

Gürcüstan Avropa İttifaqına namizədliyə qəbul edildikdən sonra Gürcüstanda faktiki bayram əhval-ruhiyyəsi yaşanır. Dünya dövlətləri bu hadisə ilə əlaqədar Gürcüstana təbriklər ünvanlayırlar.

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də Facebook səhifəsində öz münasibətini bildirib.

O, fikrini Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı ilə ifadə edib: “Avropa Qafqaza daxil oldu. Gürcüstanda bir dəfə qalxmış Avropa bayrağı bir daha enməyəcək”.

Xatırladaq ki, M.Saakaşvili 2012-ci il martın 7-də Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan dilində M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını səsləndirmişdi. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Dünyada ilk: Sonuncu mərhələdə olan xərçəng xəstəsi xilas edilib

redaktor

ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

redaktor

Tokio metropolitenində zəhərləyici zarin maddəsinin tətbiqi iləbaş verən terror hadisəsi.

admin